AZ

Azərbaycana gələn əcnəbilərin sayı 27%-dən çox artıb

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilinyanvar-noyabr aylarında Azərbaycan Respublikasına dünyanın 195ölkəsindən 2412 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə27,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, gələnlərin 28,2 faizi Rusiya Federasiyası, 16,1faizi Türkiyə, 8,9 faizi Hindistan, 8 faizi İran, 4,1 faiziGürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3faizi Pakistan, 1,8 faizi Çin, 1,7 faizi Özbəkistan, 1,6 faiziBirləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,2faiz olmaqla Türkmənistan və Küveyt, 1,1 faizi İsrail, hər birindən1 faiz olmaqla Oman, Belarus və Böyük Britaniya, 11,5 faizi digərölkələrin vətəndaşları olub. Gələnlərin 67 faizini kişilər, 33faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı2,2 dəfə, İspaniyadan - 2 dəfə, Cənubi Koreyadan - 2 dəfə, Çindən -1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə,Qazaxıstandan - 49,8 faiz, Pakistandan - 48,5 faiz, Omandan - 45faiz, İordaniyadan - 41,6 faiz, Polşadan - 37,9 faiz, İtaliyadan -37 faiz, ABŞ-dan - 35,2 faiz, İrandan - 30,4 faiz, Niderlanddan -28,5 faiz, Türkmənistandan - 28,1 faiz, Almaniyadan - 28,0 faiz,Yəməndən - 27,7 faiz, Fransadan - 24,5 faiz, SəudiyyəƏrəbistanından - 22,7 faiz, Tacikistandan - 21,8 faiz, Misirdən -20,8 faiz, Böyük Britaniyadan - 20,3 faiz, Rusiya Federasiyasından- 17,7 faiz, Özbəkistandan - 16,2 faiz, Ukraynadan - 15,9 faiz,Türkiyədən - 13,9 faiz, Moldovadan - 11,3 faiz artıb.

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropaİttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,3 faiz artaraq 106 minnəfər, körfəz ölkələrindən gələnlərin sayı 25,3 faiz artaraq 391,9min nəfər, MDB ölkələrindən gələnlərin sayı 19,4 faiz artaraq 905,8min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,9faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniznəqliyyatından istifadə edib.

Məqalədə:
Seçilən
25
50
az.trend.az

10Mənbələr