AZ

Bir stəkan kola və ya hot-doq ömrümüzü nə qədər azaldır? -ARAŞDIRMA

"Daily Mail" zərərli qazlı içkilər və fastfud haqqında diqqət çəkən məlumat yayıb. Nəşr yazıb ki, alimlər insanların bir stəkan kola içməklə və ya bir hot-doq yeməklə neçə dəqiqəlik ömür itirməsini müəyyən ediblər.

Məqalədə dietoloq Luis Alberto Zamora ultra emal olunmuş qidaların (UPF) ömür uzunluğuna təsirindən danışıb. O, Miçiqan Universitetinin tədqiqatçılarının məşhur UPF-lərin bir insana nə qədər ömür itkisinə başa gələ biləcəyini qiymətləndirən araşdırmasına istinad edib.

Araşdırmaya görə, hot-doq yemək ömrünüzü orta hesabla 36 dəqiqə qısaldır. Əgər hot-doqu şirin qazlı sular ilə yesəniz bu rəqəm 12 dəqiqə də artır. Bununla belə, bütün nəticələr mənfi olmayıb. Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bəzi balıq növlərindən istifadə ömrü 28 dəqiqə uzada bilir.

Tədqiqatda 5800-dən çox Amerika istehsalı olan qida məhsulları təhlil edilib və onların sağlamlığa zərərləri qida əlavələri, mikroelementlər, yağlar, kalorilər və şəkərlər kimi makronutrientlər əsasında qiymətləndirilib. Məlum olub ki, sosiska, pizza və makaron ilə pendir kimi bir çox məşhur yeməklər ömrü qısaldırmış. Meyvələr, tərəvəzlər və hətta fıstıq yağı və jele sendviçləri isə uzunömürlülüyü təşviq edir.

Tural

Seçilən
22
news365.az

1Mənbələr