AZ

"Bloomberg": "Putin Əsədin Qəddafi kimi öldürülməsini istəmədi..." - "Əsəd və ailəsi Moskva ətrafında malikanədə tənha ömür sürəcəklər"

Suriya prezidenti Bəşər Əsədin Rusiyaya necə qaçırlması günün aktual mövzusu olaraq qalır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Putinin Bəşər Əsədin Suriyadan qaçmasından əvvəl və sonra Suriyadakı vəziyyətlə bağlı lazımi məlumatı vermədiyi üçün agentlərinə qəzəblənib.

"Putin Liviyanın keçmiş lideri Müəmmər Qəddafi kimi, Əsədin də öldürülməsini istəmədiyi üçün düyməni basdı. O, həm də kəşfiyyata və Suriyadakı agentlərinə durumu zamanında yetərli səviyyədə məruzə etməmələrinə qəzəblənib. Bundan sonra Rusiya kəşfiyyatı Əsədin hətta qardaşlarına və digər ailə üzvlərini məlumatlandırmadan onu gizli yollarla Rusiya bazasına aparıb, oradan isə Moskvaya aparıblar".

Britaniyanın “Guardian” qəzeti isə yazıb ki, Suriyanın devrilmiş prezidenti və ailəsi Moskva ətrafında geniş bir villaya yerləşiblər: "Onlar buundan sonra çətin ki, Rusiyada ekstravaqant həyat yaşasınlar. Onlar tənha bir malikanədə, ictimaiyyətin gözündən yayınaraq ömürlərini sürəcəklər..."

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
35
1
mia.az

2Mənbələr