Suriyanın “Heyət Təhrir əş-Şam” Hərəkatının lideri Əhməd Hüseyn əl-Şara (Məhəmməd əl-Colani) Suriya xalqına müraciət edib.
Teleqraf.com xəbər verir ki, Suriyadakı inqilabı qeyd etmək üçün xalqı küçələrə dəvət edən Colani bu zaman silahdan istifadə edilməməsi lazım olduğunu vurğulayıb.
Hərəkat lideri çıxışında Suriyanın yenidən qurulması mesajını da verib.
“Mübarək inqilabın zəfərini qeyd etmək üçün suriyalıları meydanlara çıxmağa çağırıram. Amma bayramı kimsəni qorxutmadan, silah səsləri olmadan qeyd edək. Sonra bu ölkəni yenidən inşa etmək üçün birlikdə çalışaq. Əvvəldən dediyimiz kimi, Allahın izni ilə qalib gələcəyik”, - Colani söyləyib.
Qeyd edək ki, “Heyət Təhrir əş-Şam”ın rəhbərlik etdiyi silahlı müxalifət dekabrın 8-də 61 illik Əsəd rejiminə son qoyub. Rejimin son başçısı Bəşər Əsəd həmin gün Rusiyaya qaçıb.