AZ

Çin Futbol Assosiasiyasının keçmiş baş katibinə 11 illik həbs

Çin Futbol Assosiasiyasının (CFA) keçmiş baş katibi Lyu İ rüşvət aldığı üçün 11 il müddətinə azadlıqdan məhrum edilib.

Arena.az bu barədə “Sinxua” agentliyinə istinadən məlumat verir.

Dekabrın 11-də Hubey əyalətinin Syannin şəhərinin aralıq xalq məhkəməsində Lyu İnin rüşvət alması işi üzrə açıq məhkəmə keçirilib. Məhkəmə Çin Futbol Assosiasiyasının keçmiş baş katibini 11 il müddətinə azadlıqdan məhrum edib.

Bundan əlavə, Lyu İnin qanunsuz fəaliyyəti nəticəsində əldə etdiyi pul və maddi sərvətlər müsadirə edilərək dövlət xəzinəsinə köçürüləcək. Həmçinin rüşvətxor məmurdan 495 min dollar məbləğində cərimə ödəməsi də tələb ediləcək.

Seçilən
12
arena.az

1Mənbələr