Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Rusiya tərəfindən ən irimiqyaslı hücumlardan birinə məruz qaldığını bəyan edib.
Zelenski ölkə ərazisinə 93 raket zərbəsi endirildiyini və 200-dən artıq PUA-nın hücuma keçdiyini söyləyib. O, bunun Ukraynanın enerji infrastrukturuna ən böyük zərbələrdən biri olduğunu deyib.
Zelenskinin sözlərinə görə, Ukrayna HHM qüvvələri 81 raketi vura biliblər. Onlardan 11-i F-16 təyyarələri ilə məhv edilib.
Hürr Tərcüman