AZ

Xurma bağlarının hər hektarına görə birdəfəlik əkin subsidiyası ödəniləcək

Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları arasında xurma xüsusi çəkiyə malikdir. Ölkəmiz üçün ənənəvi bazarlar sayılan postsovet məkanında xüsusilə Azərbaycanda istehsal olunan şişburun xurmaya maraq böyükdür.

Xurma istehsalını və ixracını artırmaq məqsədilə dövlət tərəfindən xurma bağlarının salınması subsidiyalaşdırılır. 1 sentyabr 2024-cü il tarixindən 2025-ci il mayın 31-dək Mərkəzi Aran, Şəki-Zaqatala, Qazax-Tovuz və Qarabağ iqtisadi zonalarında salınacaq xurma bağlarının hər hektarına görə fermerlərə 3 min manat birdəfəlik əkin subsidiyası ödəniləcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu subsidiya növü ən azı 2 hektarda salınmış, hər hektarda damcı suvarma sistemi quraşdırılmış, hektar üzrə ən azı 650 ting əkilən xurma bağlarına şamil edilir.

phrase_var_article.chosen
22
4
vergiler.az

6phrase_var_article.sources