AZ

Rus hərbçiləri Suriyadan çıxır? - Fotolar

Rus

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Kamov Ka-52” Alligator hərbi hücum helikopteri 12 dekabr 2024-cü il tarixində Suriyanın şimal-şərqindəki Qamışlı hava limanındakı Rusiya aviabazasında digər yük maşınlarla birlikdə görüntülənib.

Reyting.az
xatırladır ki, Rusiya qüvvələri Suriyaya getdiyi ilk dövrlərdə İŞİD-ə və Əsəd rejimini ələ keçirməyə çalışan qüvvələrə qarşı mübarizədə rejimə dəstək verib.



Əsəd ordusuna irimiqyaslı silah tədarükündən əlavə, Moskva vaxtaşırı Suriyaya on minlərlə əsgər göndərib. Qərb analitikləri Əsəd rejiminin süqutundan əvvəl Tartusda Rusiya Hərbi Hava Qüvvələrinin uçuş, texniki heyəti və döyüş gəmilərinin ekipajları da daxil olmaqla, 5-10 min arasında rus əsgəri olduğunu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov dünən deyib ki, Suriyadakı qiyam Bəşər Əsədin siyasətinin nəticəsidir. Bundan əlavə, Peskov Rusiya Federasiyasının artıq öz missiyasını yerinə yetirdiyini bildirib:

“Bazalarımızın və diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi böyük əhəmiyyət kəsb edir”.



ELÇİN
Seçilən
15
reyting.az

1Mənbələr