AZ

Vladimir Putin Moskvada Nikol Paşinyanla görüşməyi planlaşdırmır

Moskva, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də Rusiya Prezidenti Vladimir Putin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Moskvaya gələn Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyi planlaşdırmır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

“Bu gün baş nazirin proqramına uyğun olaraq ayrıca görüş nəzərdə tutulmayıb”, - deyə o bildirib.

Dmitri Peskovun sözlərinə görə, N.Paşinyan dekabrın 25-26-da MDB-nin qeyri-rəsmi sammitinin keçiriləcəyi Sankt-Peterburqa dəvət olunub. Orada Birlik ölkələrinin dövlət başçılarının ənənəvi görüşü ilə eyni vaxtda Avrasiya İqtisadi İttifaqının sammiti keçiriləcək.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
25
1
azertag.az

2Mənbələr