Putinin Bəşər Əsədin Liviyada Qəddafi kimi öldürülməməsi üçün onu xilas etmək qərarını verdiyi öyrənilib.
AZXEBER.COM Bloomberg-ə istinadən xəbər verir ki, müxalifət Suriyada 61 illik Baas rejimini devirdikdən sonra ölkəsindən qaçaraq Rusiyaya sığınan əşər Əsədin bu addımı hələ də gündəmdədir.
Əsəd ölkəni tərk etmək üçün Rusiya tərəfindən razılaşdırılmalı olub və onun Moskvaya qaçmasını rus kəşfiyyatçıları təşkil edib.
Xəbərə görə, \"Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin öldürülməsini unuda bilməyən Kreml Əsədi Suriyadan xilas etmək qərarına gəlib. Çünki Moskva onun Qəddafinin Liviyada öldüyü kimi ölməsini istəməyib”.
Gülay