AZ

“Əmlakın qeydiyyatı və icarəsi” İşçi qrupunun növbəti iclası keçirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru üzrə ekspert sorğu anketləri ilə bağlı müstəqil ekspertlərin iştirakı ilə görüş keçirilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən "İki sahil"ə verilən məlumata əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru üzrə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı qeydiyyat prosedurları sadələşdirilir, elektron xidmətlərin sayı artırılır, yeniliklər tətbiq edilir, o cümlədən qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritələri üzrə həyata keçirilən layihələr, ekspert sorğulanmasına daxil edilmiş suallarla bağlı yanaşmalar müzakirə edilib.

“Əmlakın qeydiyyatı və icarəsi” İşçi qrupunun fəaliyyət istiqamətləri və bu kontekstdə qarşıda duran əsas hədəflər barədə ümumi məlumat verilib. Vurğulanıb ki, bu sahədə vətəndaşların və sahibkarların maarifləndirilməsi ilə bağlı təbliğat işləri aparılır, media və sosial şəbəkələrdə maarifləndirici xarakterli materiallar paylaşılır, televiziya kanallarında çıxış və müsahibələr təşkil edilir, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı prosedurlarını əks etdirən məlumatların Dövlət Xidmətininin internet səhifəsində yerləşdirilməsi təmin olunur.

Sonda müstəqil ekspertlərin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səsləndirdikləri məsələlər dinlənilib, sualları cavablandırılıb.

Qeyd olunub ki, komissiyanın “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir.

Seçilən
26
3
ikisahil.az

4Mənbələr