AZ

Xocalının Ballıca kəndinə ilk köçən ailələrə evlərinin açarları təhvil verildi (FOTO)

Xocalı. Trend:

Xocalı rayonunun erməni işğalından azad edilmiş Ballıca kəndinəBöyük Qayıdış proqramı çərçivəsində ilk köç gerçəkləşib.

Trend xəbərverir ki, ölkəmizin müxtəlif şəhər və rayonlarında, müvəqqətiməskunlaşma yerlərində yaşayan 27 ailə ümumilikdə 152 nəfər DünyaAzərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ərəfəsində özvətənlərinə köçürülüblər.

Xocalı sakinlərini Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəsi Elçin Yusubov qarşılayıb. E. Yusubov mənzillərinaçarlarını ailələrə təqdim edərək, onlara doğma yurdlarında xoşbəxtvə firavan həyat arzulayıb.

Xocalı sakinləri, keçmiş məcburi köçkünlər nəhayət ki, 32 ildənsonra öz vətənlərinə qayıtmalarının sevincini yaşayırlar. Buradahəyat yenidən canlanır.

Yenidən bərpa edilən kənd su, qaz, elektrik enerjisi ilə təchizolunub, internet xətti çəkilib. Tibb və polis məntəqələri binaları,200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası dasakinlərin ixtiyarına verilir.

Qeyd edək ki, Xocalı rayonunun Ballıca kəndi şəhər mərkəzindən10.6 km metr məsafədə yerləşir. Kənd Ballıca çayının sol sahilində,Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydanalmışdır. Dağlıq ərazilər istisna olmaqla, iqlimimülayim-istidir.

Xatırladaq ki, kənd 1992-ci ildə Ermənistan ordusu tərəfindənişğal edilib.2023-cü ildə sentyabrın 19-20-də həyata keçirilənlokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndidüşmən tapdağından azad olunub.

Xocalının
Xocalının
Xocalının
Xocalının
Xocalının
Xocalının
Xocalının
Xocalının
Xocalının
Xocalının
Seçilən
28
9
az.trend.az

10Mənbələr