AZ

İnternetin yaşlı insanlar üçün gözlənilməz faydaları aşkarlanıb

Honq Konq Universitetinin alimləri maraqlı araşdırma aparıblar. Elm adamları müəyyən ediblər ki, internetdən müntəzəm istifadə 50 yaşdan yuxarı insanların psixi sağlamlığını yaxşılaşdırmağa kömək edir. Araşdırmanın nəticələri Nature Human Behavior (NHB) jurnalında dərc olunub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 55 yaşdan yuxarı insanların təxminən 14%-i depressiya keçirir. Bu fonda tədqiqatçılar psixi sağlamlığı dəstəkləmək üçün yeni, əlverişli yollar axtarırlar. Ünsiyyət, məlumat və əyləncə imkanları təklif edən internet resursları yaşlı insanların rifahının yaxşılaşdırılması üçün perspektivli vasitəyə çevrilib.

Alimlərin yeni arşdırması 23 ölkədən 87 mindən çox insanı əhatə edən altı beynəlxalq tədqiqatın məlumatlarını birləşdirib. Yaşı 50-dən 75-ə qədər olan tədqiqat iştirakçıları internetdən istifadə ilə bağlı sualları cavablandırıb və onların psixi və fiziki sağlamlıqlarını qiymətləndiriblər.

Nəticələr göstərib ki, internet istifadəçiləri özlərini daha çox xoşbəxt hiss edirlər və depressiyadan daha az əziyyət çəkirlər. İnternetdən istifadə edənlərin depressiya əlamətləri orta hesabla 0,09 bal aşağı, həyatdan məmnunluq səviyyəsi isə internetdən istifadə etməyənlərə nisbətən 0,07 bal yüksək olub. Hərəkət qabiliyyəti məhdud və ya aşağı sosial aktivliyi olan insanlar da internetdən istifadənin faydalarını bildiriblər.

Tural

Seçilən
10
1
news365.az

2Mənbələr