AZ

Fransa prezidentinin ikiüzlülüyü onun həyat tərzidir – İsrailli jurnalist Ayub Kara yazır

İsrail mətbuatında İsrailin keçmiş rabitə naziri Ayub Karanın Fransanın ikiüzlü siyasətinə həsr olunmuş məqaləsi dərc olunub.

Həmin yazını KONKRET.az oxucularının diqqətinə çatdırırıq:

“Harvard Universitetinin tanınmış  professoru və hüquqşünas Alan Dershovitzə görə, “İkiüzlülük  yüksək zirvəyə çatmaq, əxlaqlı olduğunu söyləmək isə əxlaqlı davranmaq demək deyil”. Fransa prezidenti Emmanuel Makronun xaricdəki fəaliyyətini obyektiv qiymətləndirsəniz, onun  gülüş obyektinə çevirən ikiüzlü siyasəti ön plana çıxır. Bir tərəfdən Fransa lideri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Rusiya-Ukrayna münaqişəsini nizamlamağa söz verən  Tramp olsa da. Makron müharibədən əziyyət çəkən ölkəyə dəstəyi gücləndirməyə çağırıb.  Digər tərəfdən, Makron daha əvvəl demişdi ki, Bayden Kiyevə Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verməklə “düzgün qərar” verib. Üstəlik, Fransa prezidenti və Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynanı “Rusiya təcavüzünə qarşı müqavimət göstərdiyi müddətcə” dəstəkləyəcəklərini bildirib. Amma  Fransanın iqtisadi maraqları tamam başqa şeydən xəbər verir. “Bloomberg”in son hesabatına görə, Paris 2024-cü ildə rekord miqdarda Rusiya təbii qazı idxal edib. Bu o deməkdir ki, Makron nəzəri olaraq Ukraynanı dəstəkləsə də, Rusiyaya qarşı sanksiyalar tətbiq etsə də, praktikada yuxarıda qeyd etdiyimiz təhdidləri həyata keçirmir. Axı rus qazı Fransa bazarlarından bütün dünyaya satılır ki, bu da Makronun Moskvaya qarşı ritorikasını mənasız edir.

Fransanın ikiüzlü siyasətinə daha bir misal Tehranla Parisin sıx əlaqələridir. Son günlər Makron İranın raket proqramını  tənqid edib. Fransa prezidenti Hizbullah və İsrail arasında atəşkəs sazişinin imzalanması ərəfəsində İran rəhbərliyini atəşkəsi dəstəkləməyə çağırıb. Eyni zamanda, Fransanın da üzvü olduğu Avropa Birliyi Yaxın Şərqdəki təxribatçı fəaliyyətlərinə görə İrana qarşı sanksiyaları sərtləşdirib. Parisdən Tehrana  bütün ritorikalara baxmayaraq, Fransa ilə İran arasında güclü əlaqələr mövcuddur. Bu, hətta Ermənistanın baş naziri Nikol Paşinyanla Makron arasında keçirilən görüşdə də qeyd olunub və Fransa lideri Ermənistanın baş nazirinə İrana mesajların çatdırılması ilə bağlı üstüörtülü göstərişlər verib. Yəni, Avropa Birliyi İrana qarşı əlavə sanksiyalar tətbiq edərkən, Makron Tehran və İrəvanla gizli danışıqlar aparır.

 Parisin İran və Ukraynaya qarşı siyasəti fransız siyasətçilərinin ikiüzlülüyünün yeganə nümunəsi deyil. Fransa Qarabağ münaqişəsinin lap əvvəlindən qərəzsiz danışıqlar aparmalı olduğu ATƏT-in Minsk qrupundakı roluna zidd olan qərəzli mövqe tutmuşdu. Qrupla əməkdaşlıq edərək Qarabağ münaqişəsinin həllinə mane olmaq üçün lazım olan hər şeyi edib.

Eyni zamanda, Fransa Korsikaya və respublikanın sərhədlərindən min kilometrlərlə uzaqda yerləşən digər xarici ərazilərə qarşı müstəmləkəçilik siyasəti aparır. Fransızlar üçün insan haqları öz imperiya maraqlarını genişləndirmək üçün  çağırışdan başqa bir şey deyil.  Parisdə deyirlər ki, Azərbaycanın Qarabağa haqqı yoxdur, amma fransızlar başqa ölkələri müstəmləkə altında saxlaya, təsir dairələrini genişləndirə bilərlər. Bu ikiüzlü mövqe Makronun özünü lağa qoymasının daha bir nümunəsidir”.

Vəli Həsənov,

KONKRET.az

Seçilən
17
konkret.az

1Mənbələr