AZ

Hərbi xidmətdən möhlət üçün arayış təqdim edilən xarici ali məktəblərin adları açıqlandı

"İndi oxumaq istəyənlər harada və necə oxuyurlar bunu qeyd etmək istərdim. Bizim bazada təhsilini davam etdirmək üçün çağırışa möhlət verilənlərin statistikası var. Burada birinci yerdə Türkiyədir. Ümumi möhlət verilənlərdən 60 %-i Türkiyədə, 11,8%-i Rusiyada, 6,8%-i Polşada, 6%-i Ukraynada, 2,6%-i Almaniyada, 2%-i Gürcüstanda, 1,6%-i ABŞ-da, 1,3%-i Böyük Britaniyada təhsil almağa gedir. Digər ölkələrin ali məktəbləri ilə bağlı bu göstərici 1 %-dən aşağıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi, polkovnik Azər Babayev deyib.

"Amma iki təhsil müəssisəsinin adını çəkmək istərdim. 2022-ci ildə təhsil arayışı təqdim edənlərin sayına görə Kütahya Dumlupınar Universiteti birinci yer olub.  2023-cü ildə isə 374 Gümüşhanə Universiteti ilə birinci yerdə olub. Deyə bilərik ki, Türkiyədə reytinqi yüksək olan ali təhsil müəssisələri var. Yaxşı universitetlərə təhsil almağa gedənlərin sayı çox azdır", - deyə idarə rəisi bildirib.

Anar Kəlbiyev

Seçilən
42
50
unikal.az

10Mənbələr