AZ

Peskov Trampın mövqeyinə şübhə ilə yanaşır: Hər şeyi zaman göstərəcək

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı son açıqlamalarını, xüsusilə, onun ABŞ-ın Kiyevə Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməsinə icazə verməməli olduğu barədə sözlərini şərh edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov “İnauqurasiyadan sonra Trampın hərəkətlərinin nə olacağını təxmin etməyə çalışmaq çətdir. Xüsusilə, uzaq məsafədən zərbələr üçün icazəni ləğv edəcəkmi? Bunu zaman göstərəcək", - deyə prezidentin sözçüsü bildirib.

O, hansısa nəticələr çıxarmaq üçün Trampın Oval Ofisdə yerini almasını gözləməyə çağırıb.

Kreml rəsmisi xatırladıb ki, Donald Trampın ilk prezidentliyi dövründə Rusiyaya qarşı 50 dəfədən çox sanksiya tətbiq edilib: "Bunu unutmaq olmaz. İnauqurasiyadan sonra konkret addımları gözləmək lazımdır”.

Qeyd edək ki, Trampın fikirləri "Time" jurnalında dərc olunub.

Seçilən
7
publika.az

1Mənbələr