AZ

Makron yeni baş naziri açılamağa hazırlaşır

Prezident Emmanuel Makron Barnierin yerinə yeni baş naziri cümə axşamına kimi təyin edəcək.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransanın baş naziri Mişel Barnierin rəhbərlik etdiyi hökumət çərşənbə günü istefa verməzdən əvvəl Nazirlər Şurasının sonuncu iclasını keçirib.
İclasda 2024-cü ilin büdcə qərarlarına baxılıb və hökumətin 2025-ci ilə qədər fəaliyyətini davam etdirməsinə imkan yaradan xüsusi qanun layihəsi hazırlanıb. Bu qanun layihəsinin gələn bazar ertəsi Milli Assambleyada, çərşənbə günü isə Senatda müzakirə edilərək qəbul edilməsi planlaşdırılır.

Prezident Emmanuel Makron Barnierin yerinə yeni baş naziri cümə axşamına kimi təyin edəcəyini açıqlayıb. Lakin bu məsələ ilə bağlı konkret açıqlama verilməyib. 

Cəmalə
Seçilən
3
azxeber.com

1Mənbələr