AZ

Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq müzakirə olunub

Cümə günü Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi Kərim Vəliyev NATO Müdafiə Kollecinin komandanı Maks Nielsenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Vəliyev  Azərbaycan ordusunda aparılan islahatla barədə məlumat verib, müxtəlif proqramlar çərçivəsində NATO ilə əməkdaşlığı yüksək qiymətləndirib.

Öz növbəsində Nielsenin NATO ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan hərbi qulluqçularının sülhməramlı missiyalarda və digər tədbirlərdə fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə NATO ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Seçilən
17
turan.az

1Mənbələr