AZ

Yundan ucuz heç nə yoxdur  

Sovet dönəmində hər şeydən baha yun idi.

Hətta o vaxtlar hər bir kolxoz və sovxozun yun planı vardı. Və bu gün planını doldurmayan  vəzifə sahibləri tutduqları yerdə qala bilməzdilər; ya onları işdən çıxarar, ya da töhmət verərdilər. Kəndimizin kolxoz sədri Nuğay kişi qapı- qapı gəzib  yalvarar deyərdi ki, başınıza dönüm, hökumətə bir az yun təhvil verin! Kəndimizin də camaatı onu darda qoymaz, gücü çatan qədər dövlətə yun verər,  bundan sonra Nuğay kişi rahat nəfəs alardı.

Və vaxtlar yundan qiymətli heç nə yoxdu. Bu gün isə yundan qiymətsiz  heç nə yoxdu. Çünki yunu alan, ona yaxın duran çox azdır və yoxdur , desək, daha dəqiq olar.  Ona görə ki, yundan nə paltar hazırlanır, nə də digər məhsullar toxunur. Ən yaxşı halda yundan yorğan- döşək düzəldirdilər, heç indi buna da  ehtiyac duyulmur.

Əksər insanlar, sintofondan hazırlanmış yorğan- döşəyi mağazadan alırlar və tək- tük kənd adamları yundan yorğan- döşək salır! Kənd yerlərində qoyunu qırxırlar, yunun alıcısı yoxdur.Ümumiyyətlə, nə bazardan , nə də ayrı - ayrı adamlardan yun alan tək - tük insan var. Heç yun qəbulu məntəqələri də işləmir.İnsanların isə qoyunlardan qırxdığı yun əllərində qalın. Amma mütəxəssislər deyir ki, yunun yerini nə pambıq, nə də sintofon verə bilir.

Çünki yun sağlamlıq baxımından onların hamısından üstün və keyfiyyətlidir. Və vaxt gələcək insanlar hər şeyi anlayacaq,  yun daha baha satılacaqdır!

Emil Faiqoğlu

Seçilən
18
adalet.az

1Mənbələr