AZ

Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib

Bakı. Trend:

Dekabrın 13-də müdafiə nazirinin birinci müavini – AzərbaycanOrdusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin komandanıgeneral-leytenant Maks Nielsenin rəhbərlik etdiyi nümayəndə heyətiilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, Baş Qərargah rəisi Azərbaycan Ordusundaaparılan uğurlu islahatlar, Ordumuzun Vətən müharibəsində qazandığıqələbə və sonrakı dövrdə keçirilmiş hərbi əməliyyatlarda əldəolunmuş döyüş təcrübəsinin qoşunlarımızın hazırlığında tətbiqindəndanışıb.

General-polkovnik K.Vəliyev ölkəmizin NATO ilə müxtəlifproqramlar çərçivəsində həyata keçirdiyi əməkdaşlığı yüksəkqiymətləndirərək əlaqələrin bundan sonra da inkişaf etdirilməsininvacibliyini qeyd edib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirəngeneral-leytenant M.Nielsen Azərbaycana səfərindən məmnunluğunuifadə edib. Qonaq NATO ilə tərəfdaşlıq çərçivəsində AzərbaycanOrdusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda və digərtədbirlərdə fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə NATO ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişafperspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirəolunub.

Məqalədə:
Seçilən
18
27
az.trend.az

10Mənbələr