Gürcüstanın “Xalqın Gücü” Partiyası parlament çoxluğunu tərk edərək hakim partiyaya müxalif olub.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə “Xalqın Gücü” Partiyasının deputatı Quram Maçaraşvili məlumat verib. Onun sözlərinə görə, partiya bu qərarı ona görə verib ki, ölkədə praktiki olaraq sağlam müxalifət yoxdur. Gürcüstanda yalnız “xaricdən maliyyələşən müxalifət adlanan radikal müxalifət” var. Ona görə də məqsəd müxalifət partiyası olaraq ölkədə mövcud problemlərin həlli istiqamətində qətiyyətli addımlar atmaqdır.
Qeyd edək ki, parlament “Xalqın Gücü” partiyasının təşəbbüsünü dəstəkləyib və reqlamentə dəyişiklikləri tez bir zamanda təsdiqləyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi