Bakı,TurkicWorld
Suriya şərqindəki vilayətlərə su və elektrik təchizatının əsas mənbəyi olan Tişrin bəndi, 2015-ci ildən bəri bu terror təşkilatının nəzarətində idi.
TurkicWorld xəbər verir ki,Suriya Milli Ordusunun (SMO) başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı çərçivəsində, Fərat çayı üzərindəki əhəmiyyətli Tişrin bəndi PKK/YPG terror təşkilatının işğalından azad edilib.
Tişrin bəndinin ələ keçirilməsi ilə SMO, 2015-ci ildən bəri terror təşkilatının əlində olan bu mühüm obyektə nəzarət etməyə başlayıb. Fərat çayı üzərindəki bu bənd, həm də elektrik təchizatı baxımından Suriyanın əhəmiyyətli obyektlərindən biridir. Təxminən 70% elektrik enerjisi, Tişrin, Tabqa və Baas bəndlərindən təmin edilir.
Qeyd edək ki, Fərat çayının qərb sahilində yerləşən Tişrin bəndi, 2015-ci ilin 27 dekabrında ABŞ-ın dəstəyi ilə YPG/PKK tərəfindən ələ keçirilib və sonradan burada baza yaradılıb.