AZ

Ağahüseyn Əhmədov: "Azərbaycan İnnovasiya Mərkəzi"nin bölgələrdə də açılması planlaşdırılır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan İnnovasiya Mərkəzi"nin bölgələrdə də açılması planlaşdırılır".
Oxu.Az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən laureatların mükafatlandırılmasına həsr olunmuş "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" mərasimində çıxışı zaman qurumun İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov deyib.
O əlavə olaraq bildirib ki, Sumqayıtda "Sumgayit Innovation HUB" açılışı nəzərdə tutulub.
A.Əhmədov qeyd edib ki, Azərbaycandakı texnoparkların 111 rezidenti var:
"Texnoparklarda innovativ layihələrə imtiyazlar təqdim edilir. İnfrastruktur əlçatanlığı çərçivəsində gördüyümüz işlərdən biri bu il açılan "Azərbaycan İnnovasiya Mərkəzi"dir. Burada bu günə qədər 33 tədbir keçirilib və 1.5 mindən çox şəxs bu tədbirlərdə iştirak edib".
Aygün Mirakif
Seçilən
22
oxu.az

1Mənbələr