Suriya Milli Ordusunun başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı çərçivəsində şərq bölgədəki vilayətlərin su və elektrik enerjisinin böyük hissəsini təmin edən Tişrin bəndi terror təşkilatı PKK-nın işğalından xilas edilib.
"Cebheinfo.az" xəbər verir ki, əməliyyat çərçivəsində Suriya Milli Ordusu 2015-ci ildən PKK/YPG terror təşkilatının işğalı altında olan Tişrin bəndini nəzarətə götürüb.
Mənbic rayonunun cənubunda yerləşən və Fərat çayı üzərindəki mühüm bəndlərdən biri olan Tişrin indiyə qədər ələ keçirilən ən böyük və ən əhəmiyyətli bənddir.
Suriyanın elektrik ehtiyacının təxminən 70 faizi Tişrin, Tabqa və Baas bəndlərindən təmin edilir.
Fərat çayının qərb sahilində yerləşən Tişrin bəndi 27 dekabr 2015-ci ildə ABŞ-ın dəstəyi ilə YPG/PKK tərəfindən ələ keçirilib.
Bənd Fəratın qərbində terror təşkilatının zəbt etdiyi ilk nöqtə olub. ABŞ 2016-cı ilin yanvarında bənddə baza yaradıb.