Ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının Milli Müdafiə Akademiyasının və Gürcüstan Müdafiə Təsisatlarında İslahatlar Məktəbinin “Müdafiə və Təhlükəsizlik Strateji Kursu”nun nümayəndələri xüsusi təyinatlı hərbi təhsil müəssisələrini ziyarət ediblər.
APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlar Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbər heyətləri ilə görüşüblər.
Gürcüstan nümayəndə heyətlərinə Milli Müdafiə Universitetinin fəaliyyəti, habelə hərbi təhsil sahəsində həyata keçirilmiş islahatlar barədə ətraflı məlumat verilib. Həmçinin Cənubi Qafqazda regional təhlükəsizlik mühiti mövzusunda maraq doğuran məsələlər üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.