AZ

Makron Fransua Bayrunu baş nazir təyin etdi

Fransanın Demokratik Hərəkat Partiyasının lideri Fransua Bayru ölkənin yeni baş naziri təyin edilib.

 

Senzor.az bildirir ki, bu barədə BFMTV Yelisey Sarayına istinadən məlumat yayıb.

 

Yeni hökumətin prioritetləri artıq məlumdur: qeyri-senzura paktı ilə bağlı irəliləyişə nail olmaq, Milli Birlik (RN) və Əyilməz Fransa (LFİ) partiyaları istisna olmaqla, digər solçu və sağçı tərəflərlə məsləhətləşmələri irəlilətmək. Eyni zamanda, büdcə, pensiya və immiqrasiya da həssas məsələlər sırasındadır.

 

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron ölkə parlamentinin etimadsızlıq səsverməsindən sonra baş nazir Mişel Barnierin istefası tələbini qəbul etmişdi.

phrase_var_article.chosen
25
senzor.az

1phrase_var_article.sources