AZ

“Azərbaycan Rəqs Kuboku 2024” müsabiqəsi baş tutdu - FOTO

Səttar Bəhlulzadə adına Mədəniyyət Evində "Azərbaycan Gənclər İttifaqı" və "Azərbaycan Rəqs Assosiasiyası"nın birgə təşkilatçılığı ilə "Azərbaycan Rəqs Kuboku 2024" müsabiqəsi baş tutdu!

Müsabiqəyə Bakı şəhərinin rəqs məktəblərindən, mədəniyyət evlərindən, respublikamızın regionlarından 50-ə yaxın rəqs kollektivi olmaqla 1000-dən çox iştitrakçı qatılıb.

Azərbayaycan Rəqs kuboku müsabiqəsində iştirakçılar müxtəlif yaş qruplarına bölünərək Folklor Etnik, Folklor Stilizasiya, Folklor Show, Dünya Xalqları Rəqsi, Hip-hop Show, Akrobatik rəqs, Showdance, Bollywood, Belly dance, Klassik Hind rəqsi, Cheer Dance, Klassik rəqs növləri üzrə bir neçə hissədən ibarət olmaqla solo, duet, kiçik və böyük qruplar, ansambl və böyük ansambl formasında çıxış ediblər.

Gimnastik rəqs, Show dance, Bollywood rəqsləri üzrə çıxışlar Azərbaycan Rəqs Assosiasiyasının yeni münsif heyəti- Günel Qasımlı, Nigar Əliyeva və Sonaxanım Bəkirli tərəfindən dəyərləndirilib.

Geri qalan hissədə isə Klassik Hind rəqsi, Dünya Xalq rəqsləri, Folklor stilizasiya, Folklor show, Folklor etnik rəqsləri üzrə isə qaliblər digər münsif heyətinin- Ülviyyə Həsənova, Natəvan Əliyeva və Fərid İbrahimovun peşəkar dəyərləndirməsi nəticəsində müəyyən edilib.

Azərbaycan Rəqs Assosasiasiyasının prezidenti Əziz Əzizov bildirmişdir: "Müsabiqənin məqsədi müasir folklor üzərində qurulmuş ən yaxşı rəqs performansını seçilməsi, səhnə mədəniyyətinin formalaşdırılması, gənclərin istedadlarının və potensiallarının üzə çıxmasına şərait yaratmaqdır". Eyni zamanda, o, bütün iştirakçılara və rəqs kollektivlərinə iştiraklarına və layiqincə rəqs sənətini təmsil edib yaşatdığına görə öz təşəkkürünü bildirib.

Qeyd etmək lazımdır ki, müsabiqədə ən çox qalibiyyəti "Qaval" rəqs ansamblı və "Xəmsə" rəqs ansamblı əldə edib, müsabiqənin sonuna qədər böyük rəqabət davam edib. Sonda isə 5 fərqli nominasiya üzrə qalibiyyətlə "Xəmsə" rəqs ansamblı kubokun sahibi olub.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
18
milli.az

1Mənbələr