AZ

Sergey Rebrov: “Rəqiblərimizin hər biri çətindir”

“Rəqiblərimizin hər biri çətindir. Amma düşünürəm ki, hər biri ilə oynamaq mümkündür”.

İdman.biz xəbər verir ki, bunu futbol üzrə Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov deyib.

O, DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib: “Birinci səbətdən bizə Fransa və ya Xorvatiya düşəcək. Fikrimcə, fransızlar favoritdir, amma bilmək olmaz. Hazırlıq görəcəyik və mübarizə aparacağıq. Fransanın reytinqi daha yüksəkdir. Xorvatların da oyunlarını izləmişəm və başa düşürəm ki, onlar da çox ciddi komandadır. Hər birinə qarşı yaxşı hazırlaşmalıyıq. İslandiyada oynamaq çətin olacaq, çünki evdə bu komanda çox güclüdür. Son vaxtlar çox inkişaf ediblər. Bir çox futbolçuları top liqalarda oynayır”.

Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına açıqlama verən Rebrov rəqibləri harda qəbul edəcəklərinə aydınlıq gəlmədiyini deyib: “İyunda iki yoldaşlıq oyunu keçirməyi planlaşdırırıq. Amma hazırda danışıqlar gedir, buna görə də bu görüşlər haqqında konkret bir şey deyə bilmirik. Yalnız onu qeyd edim ki, rəqibləri elə seçəcəyik ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsinə hazırlığımıza kömək edəcək. Bu oyunlara gəlincə, qrupumuzdakı rəqibləri harda qəbul edəcəyimizi dəqiq bilmirəm. Danışıqlar davam edir”.
Qeyd edək ki, D qrupunda yer alan millimiz Ukrayna ilə yanaşı, Fransa – Xorvatiya cütünün qalibi, və İslandiyaya qarşı mübarizə aparacaq.

İdman.biz

Seçilən
19
idman.biz

1Mənbələr