AZ

Türkiyədə 20 il stajı olan hüquqşünaslar imtahansız mediator işləyə biləcək

Türkiyədə 20 il stajı olan hüquqşünaslar heç bir imtahandan keçmədən mediator ola biləcəklər.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç deyib.

Onun sözlərinə görə, 2013-cü ildən bəri 4 milyondan çox mediasiya prosesində tərəflər arasında razılıq əldə edilib. Beləliklə, həmin işlərin məhkəməyə gedib çıxmasının qarşsı alınıb.

Nazir mediasiya institutuna bundan sonra da önəm verəcəklərini deyərək20 illik staja malik hüquqşünasların imtahansız mediator olmasına imkan verən qanun layihəsi üzərində çalışdıqlarını bildirib.

Şəbnəm Mehdizadə
Seçilən
52
e-huquq.az

1Mənbələr