AZ

Agentlik sədri: Azərbaycanı regionda rəqəmsal sahədə lider dövlətə çevirmək məqsədimizdir

Bakı, 13 dekabr, AZƏRTAC

Məqsədimiz Azərbaycanı regionda rəqəmsal sahədə lider dövlətə çevirməkdir.

AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyunçuların mükafatlandırılmasına həsr olunmuş “Digital.Azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024” mərasimində çıxışı zamanı deyib.

İ.Vəliyeva bildirib ki, agentliyin bütün rəqəmsal xidmətlərinin mərkəzində vətəndaş məmnuniyyəti dayanır.

“Hazırda ölkəmizdə sənədlər rəqəmsallaşır və artıq kağıza ehtiyac qalmır. Bizim səylərimiz insanların növbələrdə vaxt itirməməsi, bütün xidmətlərin rəqəmsallaşmasıdır”, - deyə İ.Vəliyeva əlavə edib.

Seçilən
62
azertag.az

1Mənbələr