AZ

Suriyalı siyasətçi: "Ölkənin siyasi birliklərə qoşulmasını müzakirə etmək hələ tezdir"

"Suriyanın siyasi və ya iqtisadi birliklərə qoşulmasını müzakirə etmək hələ tezdir". 

HİT.az xəbər verir ki, bunu TASS-a suriyalı siyasətçi, Suriya müxalifətinin Ali Danışıqlar Komitəsinin keçmiş rəhbəri Məhəmməd Sabra deyib.

"Mən düşünmürəm ki, yaxın gələcəkdə iqtisadi və ya siyasi birliklərə qoşulmağı müzakirə etmək mümkün deyil", deyə siyasətçi bildirib.

Sabranın sözlərinə görə, ilkin mərhələdə Suriyabnın yenidən qurulmasına diqqət yetirməlidir. O qeyd edib ki, bərpa mərhələsi 5-10 il çəkə bilər.

"Bu müddət ərzində Suriyanın siyasi və iqtisadi birliklərə üzvlüyü ilə bağlı qərarların qəbuluna cavabdeh olan demokratik yolla seçilmiş milli hökumətimiz və parlamentimiz olacaq", deyə siyasətçi izah edib.

Sabra həmçinin bildirib ki, Suriyada hər hansı xarici varlıq məsələsi referendumla həll edilməlidir, bu, Rusiya hərbi bazalarına da aiddir. O vurğulayıb ki, Suriya vətəndaşlarının Suriyada Rusiya hərbi bazalarının olması ilə razı olub-olmadığını göstərən referendumun nəticələri olacaq.

Samir


 

Seçilən
49
1
hit.az

10Mənbələr