AZ

Masallıda 21 yaşlı oğlan həmkəndlisinə xəsarət yetirdi

Masallı rayonunda 2003-cü il təvəllüdlü Səbuhi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Surətə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Masallı rayonunun Yolağac kəndində baş verib. Səbuhi həmkəndlisi Surət ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onun üz nahiyəsindən qəsdən yumruqla bir zərbə vurub. Onu  yerə yıxaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Səbuhinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səbuhi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Surət həmkədlisi olmaqla, əvvəllər aralarında heç bir ədavət və düşmənçilikləri olmayıb: “Məlum hadisə günü yolda gedən zaman Surəti gördüm. Həmin vaxt Surət sərxoş olub. Surət mənə "meşəbəyinin işverəni" sözlərini dedi. Onun nə demək istədiyini başa düşmədim və nə üçün belə bir söz dediyini soruşdum. Surət isə yenə də söyüş və təhqirlə mənə "meşəbəyinin “işverəni" dedi. Surətə meşəbəyinə heç bir aidiyyətimin olmadığını və məni təhir etməməsini bildirdim. Bu zaman Surət üzərimə gəldi və məni vurmaq istədi, biz əlbəyaxa olduq. Surət məni təhqir etdiyi üçün onun üz nahiyəsinə bir dəfə yumruq ilə zərbə vurdum. Bundan sonra Surət yerə yıxıldı. Yaxınlıqda olan əmim yaxınlaşdı və bizi ayıraraq, “ayıb olmasını” deməklə iradını bildirdi. Bundan sonra öz yollarımıza getdik. Dalaşdığımız zaman yanımızda heç kim olmayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, aralarında olan mübahisə həmin gün saat 21 radələrində Masallı rayonu, Yolağac kəndində küçədə Surət onu heç bir səbəb olmadan söyərək təhqir etməsinə baş verib: “Baş vermiş mübahisə təxminən 3-5 dəqiqə davam etdi və heç kimin narahatçılığına səbəb olmadı. Surəti qəsdən yumruqla vurmaqla ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarət yetirmişəm”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Surətin sözlərinə görə, təqsirləndirilən Səbuhi həmkəndlisidir, əvvəllər aralarında ədavət və düşmənçilik olmayıb: “Məlum hadisə günü kənddə olan zaman saat 21 radələrində həmkəndlim Səbuhi çağıraraq dedi ki, sən nə üçün imkan vermirsən , biz odun daşıyaq, Yeyənkənd kənd meşəsinin meşəbəyisinin qanunsuz əməllər etməsinə icazə vermirəm, onun barəsində qanuni müraciətlər etmişdim. Bu hal acığıma gəldi. Həmin meşəbəyi ona odun daşımağa icazə vermədiyi üçün və günahkarı da məni bilib. Səbuhi də nə üçün barəmdə şikayət etdiyini soruşdu. Səbuhiyə yaxşı etdiyimi və ona heç bir aidiyyəti olmamasını qeyd etdim. Bu zaman Səbuhi qəfildən üz nahiyəmə 2 dəfə yumruq ilə zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Sonrdan ora gələn Səbuhinin əmisi bizi ayırdı”. 

Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Səbuhinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az
phrase_var_article.chosen
20
demokrat.az

1phrase_var_article.sources