AZ

Qadınlar bu mövzuda da kişilərdən daha dözümlüdür —ARAŞDIRMA

Toronto Universitetinin alimləri tənhalığa qadınların kişilərdən daha yaxşı dözdüyünü müəyyən ediblər. 

Demokrat.az xəbər verir ki, araşdırma “Social Psychological and Personality Science” jurnalında dərc olunub.

Yaşı 18-75 arasında olan 6000-ə yaxın iştirakçıdan məlumat toplanıb. Araşdırma qadınların subay olanda həyatlarından daha çox razı olduqlarını göstərib. 

Həmçinin məlum olub ki, qadınlar romantik münasibətlərə daha az meyllidirlər. Onların xoşbəxtliyi daha çox sosial mühitdən və özünü sübut etməkdən  asılıdır. 

Alimlərin fikrincə, belə nəticələr bədbəxt və tənha qadınlar haqqında stereotipləri təkzib edərək, onların bir çoxu üçün tənhalığın müsbət təcrübə və həyatın mənalı mərhələsi olduğunu göstərir.

Əfsanə Kamal
Demokrat.az
phrase_var_article.chosen
21
demokrat.az

1phrase_var_article.sources