AZ

Türkiyə artıq bu coğrafiyada ana güc rolunu oynayır


ABŞ dövlət katibi Antoni Blinkinin Türkiyəyə səfəri baş tutub və o,Türkiyə xarici işlər naziri Hakan Fidanla Ankarada görüşüb. Sözsüz ki səfərin məqsədi Suriyada baş verənlərlə bağlıdır.Suriyada qüvvələrdən biri hesab edilən PKK/PYD qruplaşmasının arxasında duran ABŞ -İsraildir və onlar son hadisələrdən dolayı çox narahat görünürlər. O baxımdan Blinkinin Türkiyəyə səfəri ortada olan bəzi anlaşılmazlıqlarla bağlıdır.Verilən məlumatlara görə artıq bir çox məsələlərdə razılıq əldə olunub və Suriyada vəziyyətin stabilləşməsi istiqamətində önəmli addımlar atılır. Bundan əlavə ABŞ, Rusiya və İranın bölgəyə geri dönməməsi istiqamətində və başqa radikal qüvvələrin Suriyada yenidən məskunlaşmaması üçün, Türkiyənin nüfuzundan istifadə etməyə çalışır.Belə görüşlər gözlənilirdi və bundan sonra da davam edəcək.Çünki, Türkiyə artıq bu coğrafiyada ana güc rolunu oynayır və ABŞ bunu başa düşür.

Çingiz Şahbazi, siyasi ekspert
Seçilən
40
newscenter.az

1Mənbələr