Türkiyənin dəstəklədiyi müxalif Suriya Milli Ordusu (SNA) Suriyanın şimalındakı əsas Tişrin bəndini ələ keçirib.
Oxu24.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Mənbə bildirir ki, tikinti Suriya Demokratik Qüvvələrinin kürd bölmələrinin nəzarəti altında olub.
Mənbənin sözlərinə görə, Tişrin iki bəndlə birlikdə Suriyanın elektrik enerjisinə olan tələbatının təxminən 70%-ni təmin edir.
Bundan bir qədər əvvəl Suriya silahlı müxalifətinin lideri, “Həyat Təhrir əl-Şam” qruplaşmasının rəhbəri, Əbu Məhəmməd əl-Culani kimi tanınan Əhməd əl-Şaraa danışıb. Dəməşqin ətrafı Seydnaya qəsəbəsindəki ən böyük həbsxananın ərazisində muzey yaratmağı planlaşdırır.
Noyabrın 28-də Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyi bildirilir. Hələb şəhərini ələ keçirərək, növbəti həftə yarım ərzində Homs, Həmanı işğal etdilər və Suriyanın paytaxtı Dəməşqə yaxınlaşdılar. Bundan əlavə, kürdlərin Suriya Demokratik Qüvvələri (SDQ) Deyr əz-Zor şəhərini nəzarətə götürüb.
Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. “Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” açıqlayıb.
Bundan əvvəl Suriyada müxalifətin hökuməti qurmaq üçün kimə göstəriş verdiyi məlum olub.
Nigar