AZ

Taliyin radioaktiv parçalanması Günəşin təkamül sirlərini açdı

Almaniyalı alimlər Taliyin radioaktiv parçalanması sayəsində Günəşin milyon illər əvvəlinə aid sirlərini öyrəniblər. Bu araşdırmada, Günəşin dərinliklərində əmələ gələn neytrinoların tərkibində taliy elementi olan nadir loranit mineralları ilə qarşılıqlı təsiri öyrənilib. 

HİT.az xəbər verir ki, işin nəticələri "Physical Review Letters" (PRL) jurnalında dərc edilib.

Fiziklərin məqsədi son dörd milyon il ərzində Günəş şüalanmasını tədqiq etməkdir. Neytrinolar loranitdəki taliy atomları ilə qarşılıqlı təsir edərək onları qurğuşun atomlarına çevirir. Eyni zamanda alınan qurğuşun izotopu milyon illər boyu sabit qalır ki, bu da loraniti Günəşin aktivlik tarixinin öyrənilməsi üçün ideal obyektə çevirir.

Tədqiqatın keçirilməsi üçün Darmştadtda yerləşən unikal "yığıcı halqa" adlı qurğu istifadə olunub. Bu qurğu vasitəsilə taliy atomlarının nadir radioaktiv parçalanma növü müşahidə edilib. Bu tapıntı sayəsində alimlər parçalanma vaxtını dəqiq ölçərək, keçmişdə Günəş neytrinosunun maddə ilə necə qarşılıqlı təsir etdiyini başa düşüblər.

Bu kəşf, Günəşin təkamülünün və milyon illər ərzində Yerin iqliminə olan təsirinin öyrənilməsində yeni bir mərhələ ola bilər.

Samir
 

Seçilən
48
hit.az

1Mənbələr