AZ

Husilər Təl-Əvivi və Aşkelondakı hərbi hədəfi pilotsuz təyyarələrlə vurdular

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yəmənin üsyançı "Ənsar Allah" hərəkatından olan husilər Təl-Əvivə və Aşkelondakı hərbi hədəfə pilotsuz təyyarələrlə zərbələr endiriblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
"Yəmən Silahlı Qüvvələri iki hərbi əməliyyat keçirərək, işğal altındakı Aşkelonda, eləcə də işğal altındakı Yaffa bölgəsində (Təl-Əviv - red.) hərbi hədəfə hücum edib. Əməliyyatlar ələkeçirmə sistemlərindən yan keçən və hədəflərinə uğurla çatan iki pilotsuz uçan aparatın köməyi ilə həyata keçirilib", - məlumatda bildirilir.
Bundan əlavə, husilərin nümayəndəsi "Ənsar Allah" hərəkatının İraq İslami Müqavimətinin qiyamçıları ilə birlikdə Fələstinin cənubundakı həyati əhəmiyyətli hədəflərə pilotsuz təyyarələrlə hücum etdiyini bildirib.
Seçilən
51
50
oxu.az

10Mənbələr