Müğənni Ebru Gündeş bu il “O ses Türkiye”də yer almayacaq.
OLAY yazır ki, bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb.
O bildirib ki, Ebru bu il vaxtını ailəsinə və qızına ayıracağı üçün münsif kreslosundan imtina edib.
Onun yerinə kimin əyləşəcəyi isə maraqla gözlənilir.