AZ

Makron gürcü xalqına müraciət etdi - Avropa arzunuz sönməməlidir

Fransa prezidenti Emmanuel Makron gürcü xalqına müraciət edib.

Teleqraf.com xəbər verir ki, o, videomüraciətində Fransanın gürcü xalqının Avropa və demokratik istəklərini dəstəklədiyini bildirib.

E.Makronun sözlərinə görə, Gürcüstan dinc nümayişlər qeyri-proporsional güc tətbiqi ilə yatırılırsa, Avropa yolu ilə irəliləməyə ümid edə bilməz.

“Gürcüstanın Avropa arzusu sönməməlidir. Avropa yolu sizin suveren qərarınız, Avropa ailəsinə qoşulmaq seçiminizdir. Gürcüstana namizəd statusu təqdim etməklə Avropa İttifaqı onun səylərinə müsbət cavab verdi. Bu seçim müəyyən öhdəliklərin zamanla yerinə yetirilməsini nəzərdə tutur”, - prezident deyib.

E.Makron deyib ki, gürcü xalqına öz taleyini yenidən öz əllərinə almaq imkanı verilməlidir.

O, gürcü xalqına böyük inamının olduğunu əlavə edib.

Prezident çıxışına “Yaşasın Gürcüstan və Fransa dostluğu, yaşasın Avropa!” sözləri ilə yekun vurub.


Müəllif: Cəmilə Babayeva
Seçilən
31
teleqraf.com

1Mənbələr