Qeyd edək ki, Prezident Emmanuel Makron Fransua Bayrunu baş nazir təyin edib. Bu barədə Yelisey Sarayından açıqlama verilib. Açıqlamada, Bayrunun 2017-ci ildən bəri bütün seçkilərdə Makronun ortağı olduğu bildirilib. Fransada sağ mərkəzçi Baş nazir Mişel Barnierin rəhbərlik etdiyi hökumət etimad səsverməsində səs toplaya bilmədiyi üçün istefaya gedib. Bayru Makronun maliyyə çevrələri ilə yaxınlığını tez-tez tənqid edən siyasətçi olsa da, 2017-ci il prezident seçkilərində namizəd olmaqdan vaz keçib və Makronu dəstəkləyərək ittifaq qurub. Əvvəllər təhsil naziri və ədliyyə naziri vəzifələrində çalışmış Bayru həm də Avropa Parlamentinin üzvü olub. Lakin 2017-ci ildə o, Ədliyyə Nazirliyindəki qanunsuzluqlarla bağlı başlanan araşdırmaya görə istefa verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta