AZ

Türkiyə MN: "Onlara qeyri-sabitlikdən faydalanmağa heç vaxt icazə verməyəcəyik"

“Suriya Milli Ordusunun Əl-Babın cənubunda yerləşən Tel-Rıfat və Mənbic xəttində həyata keçirdiyi uğurlu əməliyyatları terror təşkilatı PKK/YPG-lilərin bu bölgələrdən geri çəkilməyə məcbur edib".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Milli Müdafiə naziri Yaşar Gülər parlamentin iclasındakı çıxşında deyib.

Nazir bildirib ki, qarşıdakı dövrdə siyasi həll yolu ilə Suriyada tam təhlükəsizlik və sabitliyin bərqərar olacağına ürəkdən inanır: "Bu çərçivədə təhlükəsizliyin və sabitliyin qorunması üçün əməliyyat bölgələrində qoşunlarımız tərəfindən lazımi tədbirlər görülür, sıx əməkdaşlıq və koordinasiya davam etdirilir. Əslində, hazırda yaranmış qeyri-müəyyənlikdən istifadə edən terror təşkilatı - PKK/YPG-yə fürsət verilməyəcək".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
22
mia.az

1Mənbələr