AZ

TRAMPA RƏQİBİNDƏN ŞOK MƏSLƏHƏT: "Əgər Rusiyanı dayandırmaq, İrana hücum istəyirsənsə, ilk arayacağın adam Ərdoğandır"

ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi, Respublikaçılar Partiyasında Trampa prezidentlik yarışında rəqinb olan bütün dünyanı özünə cəlb edən açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nikki Heyli qatıldığı verilişdə Donald Trampa xarici siyasətlə bağlı verdiyi vədləri xatırladıb və bunun ən mühümlərinin icrası üçün mütləq Türkiyə lideri Ərdoğandan aslı olduğunu dilə gətirib:

"Tramp üçün qarşıda böyük imkan var. Prezidentliyə başlayanda, şübhə etmirəm ki, ilk işi Ərdoğana zəng etməkdir. Unutmayın ki, Ukrayna-Rusiya müharibəsində Ərdoğan Ukraynanın tərəfindədir, ancaq hər iki tərəf üçün sözü keçərlidir. Əgər Tramp İranı zəiflətmək, vurmaq və Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq istəyirsə, bunun yolu Türkiyədən - Ərdoğanla əlaqədən keçir.

Diqqətçəkən məqamlardan biri də odur ki, Nikki Haley verilişdən sonra sosial media hesabında da bu məzmunda paylaşım edib: "Türkiyə İranı zəiflətmək və Rusiyanın Ukraynadakı müharibəsini bitirməkdə kritik rola sahibdir. indi əsas məsələ Trampın bunu öz xeyrinə necə istifadə edəcəyindədir. İzləyək".

Samir MUSAYEV
MİA.AZ

Seçilən
43
1
mia.az

2Mənbələr