AZ

Hakan Fidan: "Əsəd Rusiya və İrana sığındı, bizi eşitmədi"

"Əsədin dövründə və ondansonra Suriya xalqının rifahını düşündük".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan "NTV" kanalına müsahibəsində danışıb.

"Uzunmüddətli perspektivdə yaxşı bir nöqtəyə gəldik. Çox pessimist məqamlara çatdığımız anlar da oldu. Bütün bu proseslərdə İdlibə çəkilmək kimi çox ciddi qərarlar verməli olduq. Türkiyə bu prosesdə terrorla yaxşı mübarizə apardı" - Fidan deyib.

Nazir bildirib ki, Astana prosesi başlayıb Hələb boşaldıqdan sonra Suriyanın Dostları Platforması Suriyanın yanında olub.

"Astana prosesi başlayanda Azad Suriya Ordusu Suriya Milli Ordusuna çevrildi. Suriya Milli Ordusuna dəstək olmasaydı, Suriya müxalifəti məhv olardı. O zaman da milyonlarla qaçqın Türkiyəyə gələcəkdi" - Hakan Fidan bildirib.

H.Fidan Türkiyənin Suriyada məqsədindən də danışıb.

"Türkiyə bütün riskləri gördü. Məqsədimiz suriyalıları xoşbəxt edən bir Suriya yaratmaq idi. Biz vəziyyətin həqiqətən nə qədər çətin olduğunu gördük. Bizim humanitar arzularımız var idi. Biz hökümətə öz əksiklərini deyirdik, ancaq onlar eşitmək istəmirdilər. Onlar Rusiyanın, İranın təsiri altında idilər" - nazir deyib.


Müəllif: Arzu
Seçilən
83
50
teleqraf.com

10Mənbələr