Çin millisinin keçmiş baş məşqçisi Li Ti korrupsiya ilə bağlı 20 il həbs cəzası alıb.
Bizim.Media xəbər verir ki, bu barədə "The Paper" məlumat yayıb.
Gökm dekabrın 13-də Hubey əyalətinin (Çin Xalq Respublikası) Siannin şəhərinin məhkəməsi tərəfindən çıxarılıb.
İstintaq müəyyən edib ki, 2019-2021-ci illər arasında mütəxəssis 50 milyon yuandan (təxminən 7 milyon dollar) çox rüşvət alıb. Həmçinin məlum olub ki, çinlilər korrupsiya sayəsində ölkə millisində vəzifə alıblar.
Li Ti 2020-ci ildən 2021-ci ilə qədər Çin milli komandasına rəhbərlik edib.
Futbolçu karyerasında isə o, daha çox İngiltərənin “Everton” klubundakı oyunu ilə tanınıb.
Bizim.Media