Ruslar və iranlılar artıq anladılar ki, Suriyadakı rejimi davam etdirməyin mənası yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“2015-ci ildə Suriyadakı müxaliflər təəssüf ki, İranın təzyiqləri ilə geriləmişdi. Uzun müddət atəşkəs razılığını müzakirə etdik.
Dohada rusiyalı və iranları həmkarlarla bir araya gəldik. Ruslar və iranlılar artıq anladılar ki, rejimi davam etdirməyin anlamı yoxdur. Telefon zəngi etdilər. O axşam da Əsəd getdi”, - deyə bildirilib.