AZ

Şok tapıntı: ABŞ prezidentinin evinin yanında qul qəbiristanlığı aşkarlandı

ABŞ-nin yeddinci Prezidenti Endrü Ceksonun Ermitaj kimi tanınan malikanəsində arxeoloqlar şokedici bir kəşf ediblər. Binanın cəmi 300 metr məsafəsində, mütəxəssislərin fikrincə, o dövrdə kompleks ərazisində yaşayan təxminən 28 kölə insanın qalıqlarının dəfn edildiyi qəbiristanlıq aşkarlanıb.

hakimiyyet.az-ın məlumatına görə, müvafiq sənədi Endrü Cekson Fondu dərc edib.

1829-1837-ci illərdə ABŞ Prezidenti olmuş Endrü Cekson ziddiyyətli tarixi şəxsiyyət kimi tanınırdı. Hərbi və siyasi lider kimi xidmətlərinə baxmayaraq, o, həm də kölə sahibi idi və Amerikanın yerli əhalisinə qarşı sərt siyasət yürüdürdü ki, bu da "Göz yaşları yolu" (Amerika hindularının ABŞ-nin cənub-şərqindən qərbinə məcburi köçürülməsi - red.) kimi faciəli nəticələrə gətirib çıxarmışdı.

Tennessi ştatının Neşvil şəhərindəki Ermitaj ərazisində edilən tapıntı ABŞ tarixinin və Endrü Ceksonun şəxsiyyətinin qaranlıq tərəfinə işıq salır. Endrü Cekson Fondu aparıcı arxeoloqun hesabatını dərc edib ki, burada aşkar edilən yerin ehtimal olunan kölə məzarları olan qəbiristanlıq olduğu bildirilir.

Bu tarixi irsin qorunması və kölələrin faciəli talelərinin əbədiləşdirilməsi üçün xüsusi mütəxəssislər komitəsi yaradılacaq. Fondun İdarə Heyətinin sədri Pem Koban bildirib ki, ekspozisiya maksimum hörmətlə tərtib ediləcək və ölkənin keçmişi və daha ədalətli cəmiyyət qurulması zərurəti barədə düşünmək üçün bir məkana çevriləcək.

Seçilən
18
hakimiyyet.az

1Mənbələr