1928-ci ilin bu günündə Azərbaycanda ilk Zoopark yaradılıb.
Bəs, 14 dekabrda daha nələr baş verib?
1. Alabama 14 dekabr 1819-cu ildə ABŞ-ın 22-ci ştatı olub.
2. 14 dekabr 1812-ci ildə Napoleonun Rusiyaya yürüşü biabırçı məğlubiyyətlə sona çatıb.
3. 14 dekabr 1825-ci ildə Rusiyada dekabristlər üsyanı baş verib.
4. 1900-cu ilin bu günündə Alman fizik Maks Plank Kvant nəzəriyyəsini açıqlayıb.
5. Dekabr 1911-ci ildə Norveç səyyahı Amundsen Cənub qütbünə çatan insan kimi tarixə düşüb.
6. 14 dekabr 1939-cu ildə Finlandiyanı işğal etdiyinə görə SSRİ Millətlər İttifaqından qovulub.
7. 14 dekabr 1947-ci ildə “Real Madrid” klubunun doğma stadionu olan “Santyaqo Bernabeu”da ilk futbol oyunu keçirilib.
8. 2004-cü ilin 14 dekabrında dünyada ən hündür nəqliyyat körpüsünün - Viaduk Miyonun açılışı olub.
9. 14 dekabr 2015-ci ildə Azərbaycanda Milli Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri təsis edilib.
Dekabrın 14-də bu şəxsiyyətlər xatırlanır:
1. Dünya şöhrətli musiqiçi Rəşid Behbudov 14 dekabr 1915-ci ildə anadan olub. 44 yaşında SSRİ Xalq artisti fəxri adını alan Rəşid Behbudov, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı lauriatı, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olub. O öz mahnıları ilə Azərbaycanı bütün dünyada uğurla təmsil edib və sevdirib. Xüsusilə, məşhur “Arşın mal alan” opera-filminə görə gənc yaşlarından bütün dünyada tanınıb.
2. Görkəmli alim Xudu Məmmədov da məhz bu gün dünyaya göz açıb. O, 1927-ci ilin 14 dekabrında doğulub. Azərbaycanda milli şüurun oyanmasında onun çox böyük rolu olub.
3. 14 dekabr 1929-cu ildə Ədəbiyyatşünas, filologiya elmləri doktoru, tərcüməçi Dilarə Əliyeva (1929-1991) Tiflisdə doğulub. “Nizami və gürcü ədəbiyyatı” mövzusunda tədqiqatları var, gürcü ədəbiyyatından tərcümələr edib. Ali Sovetin deputatı olub.
4. 14 dekabr 1938-ci ildə Əməkdar incəsənət xadimi, rejissor Nazim Abbasov (1938 – 16.9.2000) Lənkəranda anadan olub. Bədii (“Dvorjakın melodiyası”), sənədli və televiziya filmlərinin rejissoru olub.
5. Azərbaycanın Milli Qəhramanı, şəhid Əliyar Əliyev 14 dekabr 1957-ci ildə anadan olub.
6. Vətən müharibəsi qəhrəmanı İzzət Balacayev də məhz bu gündə dünyaya göz açıb. Baş leytenant İzzət Balacayev 14 dekabr 1993-cü ildə anadan olub.
7. Fransalı astroloq Nostradamus da 14 dekabr 1503-cü ildə doğulub.
8. Azərbaycanın Xalq artisti Qədir Rüstəmov 14 dekabr 2011-ci ildə dünyasını dəyişib.
9. Bəstəkar, Azərbaycanın Xalq artisti Azər Rzayev 2015-ci ilin məhz bu günündə vəfat edib.
10 . ABŞ-ın prezidenti Corc Vaşinqton 14 dekabr 1799-cu ildə ölüb.
11 . Məmluk sultanı Səlahiddin Xəlil 1293-cü ilin 14 dekabrında dünyasını dəyişib.
Surxay Atakişiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta