ABŞ-da mənşəyi məlum olmayan dronlar Nyu Cersi ştatında tez-tez görünməyə başlayıb.
Turkustan.az xəbər verir ki, ictimaiyyətin narahatlığına səbəb olan dronlarla bağlı hələlik dəqiq açıqlama verilməyib. ABŞ-ın Milli Təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbi deyib: “Hələlik ictimaiyyət üçün heç bir təhlükə yoxdur, lakin biz bu vasitələrin mənbəyinin nə olduğunu anlaya bilməmişik”.
Sirr halına gələn pilotsuz təyyarələr hələ də Nyu Cersi və ona qonşu olan Nyu York ştatında görünür.
Con Kirbi sirli dronlarla bağlı araşdırmalarının davam etdiyini, lakin hələlik heç bir nəticə əldə etmədiklərini açıqlayıb. Hadisə şahidlərinin dediyinə görə, dronlar masa ölçüsündədir.
Pentaqonun sözçüsü Sabrina Sinq, pilotsuz təyyarələrin İran tərəfindən idarə olunması ilə bağlı iddialara cavab olaraq, iddiaların əsassız olduğunu bildirib. Nyu Cersi sakinlərinin əksəriyyəti dronların Atlantik okeanından gəldiyini düşünür.
Aytən Yaşar/ Turkustan.az