AZ

“Müğənnilərə görə tamadalıq işimi də itirdim, kloun kimi də getmirəm artıq”-“KARLSON” kövrəldi

“Bu dəqiqə heç yerdə işləmirəm. 2007-ci ildə Bakı Bələdiyyə Teatrından çıxdım. Sonra Maarif Məmmədovla bir teatrda işlədim. Məcburiyyət qarşısında qalıb toylara kloun, tamada kimi də getmişəm. Sonra artıq mənə ehtiyac qalmadı. Bir restoranda çalışırdım. Gedib tamadalıq edib gəlirdim. Bir gün gəldim restorana, müğənni gəlib dedi ki, Arzu müəllim, sizdən çox üzr istəyirəm, restoran sahibi belə qərara gəldi ki, tamadalığı da mən edim. Mən nə deyə bilərdim? Dolanırıq, amma o qədər də yağın-balın içində yaşamırıq. Problemlər ortaya çıxanda artıq dolanmaq da müşkül məsələyə çevrilir”
 
Bunu Moderator.az-a açıqlamasında “Karlson”, “Tənbəl Əhməd” obrazlarının ifaçısı əməkdar artist Arzu Hüseynov deyib.
 
 
O seriallarda rol almaq istəyir:
 
“Bizim verilişlərimiz bağlanandan sonra demək olar ki, işsiz qaldıq. Heç bir rejissor dəvət edib demir ki, al bu 50 manatı gəl səni serialıma, filmimə çəkim. Niyə çəkmirlərsə bilmirəm. Kameram var, gedirəm nələrsə çəkirəm. Heç məkanlarım belə yoxdur, otellərdə çəkiliş etməyə imkan yaratmırlar. Aktyoru, aktrisanı özüm tapıram, onlara pul vermirəm. Kiçik səhnəciklər çəkib onları yutubda yayımlayıram. Bu mənim üçün bir təsəllidir. Aktyoru işsiz qoymazlar! Dəfələrlə müraciətlər etmişəm televiziyalara, deyiblər ki, iş yoxdur. Bizim nəsil aktyorlara iş yoxdur, amma digər aktyorlar necə işləyirlərsə bilmirəm” deyə Arzu Hüseynov deyib.
 
 
Seçilən
48
moderator.az

1Mənbələr