AZ

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu bu il 17 beynəlxalq konfrans təşkil edib

Bakı Təşəbbüs Qrupu 2024-cü ildə 17 beynəlxalq konfrans təşkil edib.

APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov 14 Dekabr - Dekolonizasiya Günü ilə bağlı illik hesabatı təqdim edərkən deyib.

O bildirib ki, BMT Baş Assambleyası 1960-cı il dekabrın 14-də müstəmləkə altında olan xalqların öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi məqsədilə "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" qəbul edib.

Qeyd olunub ki, Bakı Təşəbbüs Qrupu 2024-cü ildə 17 beynəlxalq konfrans keçirib, bunlar Nyu-York və Cenevrədə baş tutub: “Bu il ərzində 5 memorandum imzalanıb. Təşkilatımız 7-dən çox hesabat hazırlayıb. BTQ həmçinin beyin mərkəzi olaraq çoxlu sayda elmi araşdırmalar həyata keçirir”.

phrase_var_article.chosen
36
apa.az

1phrase_var_article.sources